×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: Neft tələbatının bərpasında kövrək tendensiyası davam edir

Bakı, 16 may, AZƏRTAC

Qlobal neft tələbatının bərpa prosesində kövrək tendensiyası davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, Avropa və ABŞ-da bərpa əlamətlərinə baxmayaraq, Hindistan və Tayland kimi ölkələrdə artan yeni koronavirus növləri səbəbindən qlobal neft tələbatının bərpasında kövrək tendensiyası davam edir. Tələbat keçən ilin sonundakı səviyyədən daha aşağıdır. Bu azalma tendensiyası daha çox mövsümi amillərdən asılıdır. Braziliya, Hindistan və Avropadakı virusa yoluxma sayının artması ilə yanaşı, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da fevral ayında qeydə alınan soyuq havalar qlobal neft tələbatında daha yavaş canlanmaya səbəb olub.

 

Neft - qaz 2021-05-16 16:23:00