×
A
A
A
Sazlamalar

Ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a çatıb

Bakı, 16 may, AZƏRTAC

Aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 min 885 yeni abonent qeydiyyata alınıb.
AZƏRTAC-a bildirilib ki, onlardan 3 min 995-i Bakı, Abşeron və Sumqayıt, 1890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 min 429 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 min 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.

 

Neft - qaz 2021-05-16 15:47:00