×
A
A
A
Sazlamalar

Şabranda baş verən qəzada ölən və xəsarət alanlar var

Şabran, 6 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 5-i axşam saatlarında Şabran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Şabranın Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər isə ağır xəsarətlər alıb. Qəzada xəsarət alan şəxslər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Regionlar 2021-05-06 00:14:00