×
A
A
A
Sazlamalar

“Vətəndaş saatı”nda müəllimlərin yerdəyişməsi ilə bağlı suallar cavablandırılacaq

Bakı, 5 may, AZƏRTAC

Mayın 6-da saat 15:00-da Təhsil Nazirliyinin feysbuk səhifəsi üzərindən “Vətəndaş saatı”nın növbəti yayımı olacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dəfə müəllimlərin yerdəyişməsi ilə bağlı ən çox müraciət edilən məsələlərə aydınlıq gətiriləcək, suallar cavablandırılacaq.

Elm və təhsil 2021-05-05 22:49:00