×
A
A
A
Sazlamalar

Azərbaycan kuboku yarışlarının finalında “Keşlə” nominal meydan sahibi olacaq

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də futbol üzrə Azərbaycan kuboku yarışlarının final görüşünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL), “Sumqayıt” və “Keşlə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov, “Sumqayıt” idman direktoru Zamiq Hüseynov, “Keşlə” isə baş menecer Eldəniz Yusubov ilə təmsil olunub. Püşkatmaya əsasən, “Keşlə” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının final oyunu mayın 24-də "Bank Respublika Arena"da keçiriləcək.

İdman 2021-05-05 21:56:00