×
A
A
A
Sazlamalar

“İntellektual kuboku” yarışının qalibləri bəlli olub

Bakı, 5 may, AZƏRTAC

Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində AFFA və "Avro-2020"nin könüllüləri arasında təşkil olunan “İntellektual kuboku” yarışının final oyunu təşkil olunub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, onlayn formada 4 mərhələli şəkildə təşkil olunan və 6 ay ərzində davam edən yarışda 1800 könüllü iştirak edib.
Finala yüksələn 4 iştirakçı arasında Bakı Olimpiya Stadionunda oyun konsolları vasitəsilə final oyunu keçirilib. Vaqif Süleymanov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Nihad Zeynallı yarışı ikinci, Aytən Qurbanova isə üçüncü pillədə başa vurublar. Zeynəb Şirinli isə dördüncü nəticə göstərib.

 

İdman 2021-05-05 21:36:00