×
A
A
A
Sazlamalar

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev üçün mövsüm başa çatıb

Bakı, 5 may, AZƏRTAC

"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən zədələnib.
AZƏRTAC xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 25-ci turunda "Zirə" ilə görüşdə qolundan zədə alıb. Meydanı göz yaşları içində tərk edən 26 yaşlı qolkiper 23-cü dəqiqədə Emil Balayevlə məcburi əvəzlənib.
Klubdan verilən məlumata görə, qapıçının sağ qolu sınıb. Bununla da təcrübəli qapıçı üçün mövsüm başa çatıb.
Qeyd edək ki, Ş.Məhəmmədəliyev bundan əvvəl ölkə çempionatının 23-cü turunda "Səbail"lə matçda ağır zədələnmişdi.

İdman 2021-05-05 19:32:00