×
A
A
A
Sazlamalar

Paytaxtda yük avtomobili yanıb

Bakı, 5 may, AZƏRTAC
Paytaxtın Nərimanov rayonunda “QAZel” markalı yük avtomobilinin mühərrik hissəsi, iki qabaq təkəri və kabinəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yük avtomobilinin qalan hissəsi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2021-05-05 17:08:00