×
A
A
A
Sazlamalar

Apreldə 195-2 Çağrı mərkəzinə 2100-dən çox müraciət daxil olub

Bakı, 5 may, AZƏRTAC
Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı mərkəzinə 2158 müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin, investisiya təşviqi və təsdiqedici sənədlərin, lisenziyaların verilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib. Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.
Qeyd edək ki, 195-2 Çağrı mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və 195-2 Çağrı mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

İqtisadiyyat 2021-05-05 16:57:00