×
A
A
A
Sazlamalar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb VİDEO

Bakı, 5 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri Nəsimi rayonu Xətai prospekti 12 ünvanında yerləşən, vətəndaşa məxsus birmərtəbəli ticarət obyektində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması müəyyənləşdirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikintinin aparılması üçün tələb edilən müvafiq sənədlər olmadan həmin ticarət obyektinin üstündə metal konstruksiyalardan istifadə edilməklə əlavə mərtəbənin tikintisinə başlanılıb.
Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nəsimi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Hadisə 2021-05-05 16:39:00

Video