×
A
A
A
Sazlamalar

“Durna balığı” onlayn göstəriləcək

Bakı, 4 may, AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mayın 7-də rusdilli tamaşaçıları üçün maraqlı səhnə əsəri ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, sənət ocağının kollektivi rus xalq nağılı əsasında hazırlanan “Durna balığı” tamaşası ilə teatrsevərlərin görüşünə onlayn gələcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqili səhnə işində uşaqlara sehrli nağıl dünyasına səyahət vəd olunur.
Qeyd edək ki, saat 12:00-da təqdim ediləcək səhnə əsəri teatrın yutub kanalı vasitəsilə göstəriləcək.

Teatr və kino 2021-05-04 10:48:00