×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri də məlum olub

Bakı, 30 aprel, AZƏRTAC

Nəsimi rayonunda narkotik vasitə ilə saxlanılmış şəxsin digər cinayət əməlləri də müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik vasitə ilə tutulmuş A.Əliyevin barəsində Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun L.Əliyevanın çantasından 60 manat məbləğində pul və 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-04-30 14:12:00