×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 22 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 22 yanğına çıxış və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində intihara cəhd edən bir nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Hadisə 2021-04-30 11:26:00