×
A
A
A
Sazlamalar

Gəncə şəhər sakinindən marixuana aşkar edilərək götürülüb

Bakı, 29 aprel, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini C.Paşayevdən 475 qram marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunan C.Paşayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-04-29 17:04:00