×
A
A
A
Sazlamalar

Cəlilabad sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb

Bakı, 29 aprel, AZƏRTAC

Cəlilabad rayonunun Günəşli kənd sakini N.Əliyevdən müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Günəşli kənd sakini N.Əliyevdən müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-04-29 16:57:00