×
A
A
A
Sazlamalar

Kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib

Bakı, 29 aprel, AZƏRTAC

Kultivasiya yolu ilə yetişdirilən 129 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qaratəpə kənd sakini Ə.Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 129 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotik vasitəni həmkəndlisi N.Kərimovla birgə əkməsi müəyyən edilib.
Ə.Süleymanov və N.Kərimov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2021-04-29 15:51:00