×
A
A
A
Sazlamalar

İsmayıllı rayon sakinindən müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb

Bakı, 29 aprel, AZƏRTAC

İsmayıllı rayonunun Qalınçaq kənd sakini C.Kərimovdan müvafiq sənədləri olmayan tüfəng aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Qalınçaq kənd sakini C.Kərimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2021-04-29 14:43:00