×
A
A
A
Sazlamalar

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb

Bakı, 29 aprel, AZƏRTAC

Gəncədə narkotik satan və alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Bölgəsi üzrə Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini Məmməd Zeynalov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı M.Zeynalov narkotik maddəni Gəncə şəhər sakini Qorxmaz adlı şəxsdən 50 manata aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunan Qorxmaz Məmmədov saxlanılıb. Onun evinə baxış keçirilən zaman, oradan müxtəlif çəkidə heroin, marixuana və metadon aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Hadisə 2021-04-29 14:24:00