×
A
A
A
Sazlamalar

Gəncə şəhərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs məsuliyyətə cəlb olunub

Bakı, 29 aprel, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Abdullayev Gəncə şəhər Nizami Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 460 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-04-29 14:20:00