×
A
A
A
Sazlamalar

Sumqayıt şəhərində iki avtomobildən oğurluq edən şəxs yaxalanıb

Bakı, 29 aprel, AZƏRTAC

Sumqayıt şəhərində iki avtomobildən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 27-də şəhər ərazisində “Mercedes” və “Volkswagen” markalı 2 avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-04-29 14:16:00