×
A
A
A
Sazlamalar

“Böyük Teatr” onlayn formatda balet nümayiş etdirəcək

Bakı, 28 aprel, AZƏRTAC

Rusiyanın “Böyük Teatr”ı 246-cı mövsümündə “Spartak”, “Zinnət əşyaları” və “Faraonun qızı” baletlərinin onlayn formatda nümayişini planlaşdırıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə teatrın mətbuat attaşesi Katerina Novikova bildirib.
Qeyd edək ki, bu ilin mart və aprel aylarında “Böyük Teatr” özünün “YouTube” kanalında qızıl fonda daxil olan 14 tamaşa ilə izləyicilərin görüşünə gəlib. Yayım zamanı həmçinin “Şelkunçik” və “Don Kixot” tamaşaları və “Sadko” operası da göstərilib. Dünyanın 130-dan çox ölkəsindən izləyicilər monitorlarının qarşısında təxminən 2 milyon saat vaxt keçirib.

 

Teatr və kino 2021-04-28 12:31:00