×
A
A
A
Sazlamalar

Üç ayda metallurgiya sənayesi 0,6 faiz artıb

Bakı, 22 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 195,5 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, metallurgiya sənayesində 0,6 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 11,5 faiz azalma müşahidə olunub.
Hesabat dövrü ərzində sahə üzrə 6 min 909,2 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Sənaye 2021-04-22 17:37:00