×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının ixracı kəskin azalıb

Bakı, 16 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycandan 22,4 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 8,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 141,9 min ton kimya məhsullarının dəyəri 19,8 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-04-16 18:12:00