×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının istehsalı 12,5 faiz azalıb

Bakı, 16 aprel, AZƏRTAC
Yanvar-mart aylarında kimya sənayesində məhsul buraxılışı azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, üç ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 346,4 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 7,3 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 15,2 faiz artıb, kimya sənayesində isə 12,5 faiz azalıb.
Əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı isə 9,1 dəfə artıb.

Sənaye 2021-04-16 15:17:00