×
A
A
A
Sazlamalar

“Heydər Əliyev və şanlı Azərbaycan” mövzusunda Respublika tələbə-şagird elmi konfransına tezis qəbulu davam edir

Bakı, 12 aprel, AZƏRTAC

Mayın 15-16-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş respublika tələbə-şagird elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, “Heydər Əliyev və şanlı Azərbaycan” mövzusunda konfrans Azərbaycan, ingilis, rus, alman və fransız dillərində təşkil olunacaq.
Konfrans “Beynəlxalq münasibətlərdə müasir siyasi proseslər”, “Regionşünaslığın aktual problemləri”, “Xarici dillərin qloballaşan dünyada əhəmiyyəti”, “Ədəbiyyat və mədəniyyət”, “Ənənəvi və onlayn təhsilin aktual problemləri” bölmələri üzrə təşkil ediləcək.
Pandemiya səbəbindən konfrans onlayn formatda keçiriləcək.
Tezislər aprelin 15-dək qəbul edilir. E-mail: [email protected]

Elm və təhsil 2021-04-12 17:00:00