×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda oğurluq edən şəxslər tutulub

Bakı, 12 aprel, AZƏRTAC

Sabunçu rayonunda oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 10-da rayon ərazisindəki evlərin birindən 4358 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Vəliyev və Q.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2021-04-12 16:58:00