×
A
A
A
Sazlamalar

Meksikada təhlükəli radioaktiv avadanlıq oğurlanıb

Madrid, 12 aprel, AZƏRTAC

Meksika hökuməti ölkənin doqquz ştatında təhlükəli radioaktiv avadanlığın oğurlandığını bildirib və vətəndaşları son dərəcə ehtiyatlı olmağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Meksika Milli Mülki Müdafiə Mərkəzi bu haqda bəyanat yayıb. Bəytanatda bildirilir ki, yerli vaxtla saat 05:00 radələrində Meksika ştatında Teoloyukan bələdiyyəsinin girəcəyindəki yolda “Qsa Global” markalı sənaye təyinatlı radioqrafik avadanlıq çəkisi təqribən 25 kiloqram, seriya nömrəsi TT3303 olan konteyner oğurlanıb. Avadanlığın tərkibində iridium-192 radioaktiv maddəsi var.
Axtarış əməliyyatlarına Mexiko, İdalqo, Keretaro, Miçoakan, Herrero, Morelos, Puebla və Tlaskala ştatlarının mülki müdafiə bölmələri cəlb edilib.
Hakimiyyət orqanları xəbərdarlıq edib ki, əgər radioaktiv element konteynerdən çıxarılsa, müxtəlif manipulyasiyalara məruz qalsa və ya hər hansı şəxs bir neçə dəqiqədən bir neçə saata qədər həmin elementlə kontaktda olsa bu, faciəli nəticələrə gətirib çıxara bilər.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2021-04-12 16:31:00