Aryen Robben 6 aylıq fasilədən sonra meydana çıxıb
Bakı, 12 aprel, AZƏRTAC
Niderlandın “Qroningen” klubunun yarımmüdafiəçisi Aryen Robben 6 aylıq fasilədən sonra meydana çıxıb.
AZƏRTAC xəbər verir ki, futbolçu Erediviziyanın 29-cu turunda “Herenven”lə görüşdə iştirak edib. Otuz yeddi yaşlı yarımmüdafiəçi matçın ikinci hissəsinin sonlarında meydana daxil olub.
Qeyd edək ki, Robben keçən ilin oktyabrın ortalarından indiyədək zədə səbəbindən oyunlarda iştirak etməyib. 2019-cu ilin yayında A.Robben karyerasını bitirdiyini elan edib. Amma 1 il sonra yenidən futbola qayıtmağı qərara alıb.
Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
Yüksək Liqa: “Azərreyl” finala yüksəlib
Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir
Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir