×
A
A
A
Sazlamalar

Robert Levandovski məşqlərə başlayıb

Bakı, 12 aprel, AZƏRTAC
Almaniyanın “Bavariya” futbol klubunun zədəli hücumçusu Robert Levandovski bərpa prosesinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 32 yaşlı hücumçu artıq fərdi məşqlərə start verib. O, qaçış hərəkətləri üzərində işləyir. Lakin bildirilir ki, buna baxmayaraq, polşalı oyunçu aprelin 14-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Paris Sen-Jermen” komandası ilə görüşündə iştirak etməyəcək.
Qeyd edək ki, R.Levandovski 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci turunda Andorra ilə matçın (3:0) 63-cü dəqiqəsində diz bağlarından zədələnib.

İdman 2021-04-12 16:26:00