×
A
A
A
Sazlamalar

XSİ AFR kansleri vəzifəsinə namizədini müəyyən edib

Berlin, 12 aprel, AZƏRTAC

Almaniya Xristian Sosialistlər İttifaqının (XSİ) lideri, 54 yaşlı Markus Zöder ölkənin federal kansleri vəzifəsinə XSİ-dən öz namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Zöder bununla əlaqədar çıxışında Xristian Demokratlar İttifaqından (XDİ) olan həmkarlarına onun namizədliyini dəstəkləmələrini təklif edib.
Xatırladaq ki, XDİ-dən bu vəzifəyə namizəd həmin partiyanın lideri Armin Laşetdir. Lakin Zöder özünü Laşetdən daha yaxşı hazırlıqlı hesab edir. XSİ lideri özünü nəzərdə tutaraq deyib: “Kimin şansı daha çoxdursa, onun namizədliyini irəli sürmək lazımdır”. Zöder əmindir ki, Laşetin öz namizədliyini onun xeyrinə geri götürməsi barədə razılığa gələ biləcək. Zöder zarafatla deyib: “Biz Helmut Kol və Frans Yozef Ştraus deyilik”.
XDİ/XSİ blokunun vahid namizədinin adı yaxın vaxtlarda məlum olacaq.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2021-04-12 16:21:00