×
A
A
A
Sazlamalar

Birinci rübdə elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması üçün 37 texniki yoxlama aparılıb

Bakı, 12 aprel, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən yanvar-mart aylarında elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 37 texniki yoxlama aparılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təbii qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə isə 38 texniki yoxlama aparılıb.
Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 2 qeyri-qanuni qoşulma faktı aşkar edilib.

 

Energetika 2021-04-12 15:16:00