×
A
A
A
Sazlamalar

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

Bakı, 12 aprel, AZƏRTAC

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisindəki 3 evdən ümumilikdə 4 ədəd televizor, 2 ədəd kondisioner, 2 ədəd su mühərriki, 1 ədəd çadır, 1 ədəd samovar, 5000 manat dəyərində 2 ədəd xalça, 4 ədəd tikiş maşını, 1 ədəd qəlyan, 1750 manat dəyərində məişət əşyaları, habelə N.Fətəliyevin evindən “İJ-43” markalı ov tüfəngi, məişət əşyası, təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakinləri N.Məmmədov və əvvəllər məhkum olunmuş V.Qasımov Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2021-04-12 15:11:00