×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda həyətdən oğurluq edən şəxs yaxalanıb

Bakı, 12 aprel, AZƏRTAC

Suraxanı rayonunda həyətdən oğurluq edən şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ə.Mahmudovun həyətindən 900 manat dəyərində 3 ədəd velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.İslamov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Hadisə 2021-04-12 15:10:00