×
A
A
A
Sazlamalar

Cəlilabad rayonunda keçmiş məhkumdan heroin və “AKM” markalı avtomat götürülüb

Bakı, 12 aprel, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 6 qrama yaxın heroin aşkar edilib.
Barəsində aparılan tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 1 kiloqramdan artıq heroin, “AKM” markalı avtomat, 1 ədəd patron darağı və 17 ədəd patron götürülüb.
Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2021-04-12 15:09:00