×
A
A
A
Sazlamalar

Enerji Məsələlərini Tənzimləmə Agentliyi bu il Texniki Şuralara daxil olan müraciətlərin sayını açıqlayıb

Bakı, 12 aprel, AZƏRTAC

Birinci rübdə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Texniki Şuralarına 544 müraciət daxil olub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər müsbət həll edilib.
Müraciətlərə Bakıda və regionlarda yerləşən 17 “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.

 

Energetika 2021-04-12 14:40:00