×
A
A
A
Sazlamalar

® Ulduz Şokolad Fabriki daha bir beynəlxalq sertifikat qazanıb

Artıq 20 yaşını qeyd edən Ulduz Şokolad Fabriki növbəti uğura imza atıb. Belə ki, fabrik aparıcı beynəlxalq standart olan Britaniya Pərakəndə Konsorsiumundan növbəti sertifikat qazanıb.
Hələ illər əvvəl ölkədə ilk dəfə BRC sertifikatını almış fabrik bu dəfə qurumun ən yüksək pilləsi olan A dərəcəli sertifikatını qazanmağı bacarıb.
Xüsusi qeyd olunmalıdır ki, dünyanın ən çətin yoxlama sistemi olan BRC-nin ən yüksək dərəcəli A sertifikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir: qida təhlükəsizliyi, məhsulların yüksək keyfiyyəti və müəssisədəki bütün prosedurların Avropa İttifaqı standartlarına uyğunluğu, illərlə keyfiyyətli məhsul istehsalını təmin edən Ulduz Şokolad Fabriki də bu sertifikatı almaqla, yuxarıdakı şərtləri ödədiyini bir daha sübut etmiş olur.
Beynəlxalq Qida Təhlükəsizliyini əhatə edən bu sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, fabrikin xaricdəki partnyorlar və müştərilər arasındakı güvən və qida təhlükəsizliyi üzrə etibarı təmin edərək, ixracatı təşviq edir.
Qeyd edək ki, 2001-ci ildə yaradılan Ulduz Şokolad Fabriki bu gün ölkənin keyfiyyət, çeşid və texnologiya baxımından aparıcı milli brendi olmaqla yanaşı, həm də 20-dən çox xarici ölkəyə məhsul ixrac edərək “Made in Azerbaijan” brendinin xaricdə tanınmasını təmin edir.

İqtisadiyyat 2021-04-12 14:26:00