×
A
A
A
Sazlamalar

Qaradağda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı, 12 aprel, AZƏRTAC

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Dodge” markalı avtomobillə Mingəçevir şəhər sakini A.Abdullayev vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini N.Məmmədov idarə etdiyi “Dodge” markalı avtomobillə yolu keçən Mingəçevir şəhər sakini A.Abdullayevi vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-04-12 13:43:00