×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda nişan mərasiminin keçirilməsi aşkarlanıb

Bakı, 12 aprel, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda nişan mərasiminin keçirilməsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub. Polislər tərəfindən mərasimin qarşısı alınıb. Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Hadisə 2021-04-12 13:39:00