×
A
A
A
Sazlamalar

Şəmkirdə evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı, 12 aprel, AZƏRTAC
Şəmkir rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən C.Məmmədli tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5400 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir şəhər sakini C.Məmmədli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-04-12 13:42:00