Beynəlxalq Miqrasiya Təşkilatı reinteqrasiya yardımı göstərməyə davam edir
Bakı, 12 aprel, AZƏRTAC
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (AVRR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir.
BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, 2021-ci ilin birinci rübündə AVRR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi 46 nəfərə nağd və 76 nəfərə qeyri-nağd şəkildə yardım edib. Göstərilən müddətdə 5 nəfərə tibbi yardım, 4 nəfərə müvəqqəti mənzil təminatı, 32 nəfərə kiçik biznesin qurulması, 35 nəfərə isə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları) edilib.
BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü olaraq qayıdan şəxslərə və onların ailələrinə fayda gətirməyi hədəfləyən gəlir mənbəsinin yaradılması ilə bağlı yardımlardır. KQYR layihələri çərçivəsində qayıdanlara əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib. Qayıdan şəxslər BMqT-nin köməyi ilə kiçik təsərrüfat (heyvandarlıq), xidmət sektoru, ticarət və kiçik istehsal sahələrində sahibkarlıq fəaliyyətlərini qurublar.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub