Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində görüş keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Siyasət 2021-04-12 13:40:00