×
A
A
A
Sazlamalar

Mingəçevir şəhərində motosikleti yol ayırıcısına vuran sürücü hadisə yerində ölüb

Bakı, 12 aprel, AZƏRTAC

Mingəçevir şəhəri ərazisində şəhər sakini A.Mehnatov idarə etdiyi “Megelli” markalı motosikleti yol ayırıcısına vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-04-12 13:10:00