×
A
A
A
Sazlamalar

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkarlanıb

Bakı, 12 aprel, AZƏRTAC

Yanvar-mart aylarında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 250 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 3 ayda qaz təchizatı üçün layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 931 olub. Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 12 layihə sənədinin razılaşdırılmasından imtina edilib.
Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib. Agentlik tərəfindən 40 inzibati xəta haqqında protokol tərtib edilib və 51 qərar verilib.

 

Neft - qaz 2021-04-12 13:10:00