×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda marketlərin birindən oğurluq edən şəxs yaxalanıb

Bakı, 12 aprel, AZƏRTAC

Nəsimi rayonu 2-ci Alatava yaşayış sahəsindəki marketlərin birindən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini A.Babayev saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-04-12 13:07:00