×
A
A
A
Sazlamalar

Üç ayda 34 tikinti obyektinin elektrik qurğularına istismara buraxılış aktı verilib

Bakı, 12 aprel, AZƏRTAC

Birinci rübdə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizatı sxemini dəyişən 34 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 3 ayda müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 49 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb. Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 11 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 16 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Energetika 2021-04-12 13:02:00