×
A
A
A
Sazlamalar

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum tutulub

Bakı, 12 aprel, AZƏRTAC

Abşeron rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyev Abşeron rayonu ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Axtarış zamanı ondan 308 qram heroin aşkar edilərək götürülüb.

Hadisə 2021-04-12 12:58:00