×
A
A
A
Sazlamalar

Avtomobil və qoyun oğurlayan şəxslər saxlanılıblar

Bakı, 12 aprel, AZƏRTAC

Yevlax şəhər sakini İ.Məcidova xəsarət yetirərək onun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Ağcabədi şəhər sakini E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yevlax şəhəri ərazisində İ.Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərov və Gəncə şəhər sakini C.Quliyev Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə təhvil veriliblər. Avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Ətraflarında aparılan tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan, ümumilikdə, 19 baş qoyun oğurladıqları müəyyən edilib.
Onlar izahatlarında cari ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurladıqlarını da bildiriblər.

Hadisə 2021-04-12 12:56:00