×
A
A
A
Sazlamalar

Ağsuda yas mərasimi keçirənlər inzibati məsuliyyətə cəlb ediliblər

Bakı, 12 aprel, AZƏRTAC

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib, xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Cəmiyyət 2021-04-12 04:25:00