×
A
A
A
Sazlamalar

“Pandemiya dövründə məktəblilərin həyatında kitab və kitabxanaların rolu” adlı onlayn görüş keçirilib

Bakı, 10 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Xətai rayonu 95 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Pandemiya dövründə məktəblilərin həyatında kitab və kitabxanaların rolu” adlı videogörüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşün əsas məqsədi uşaq və yeniyetmələrin hərtərəfli inkişafında kitab və kitabxanaların rolunu vurğulamaq, həmçinin xalqına, dövlətinə layiqli, vətənpərvər fərd olaraq böyüməsi üçün mütaliənin ən güclü və əvəzsiz vasitə olduğunu diqqətə çatdırmaqdır.
Onlayn görüşdə Xətai rayon 95 nömrəli məktəbin, eləcə də Gəncə şəhər 17 nömrəli məktəbin aşağı sinif şagirdləri və müəllimləri iştirak ediblər.
Kitabxananın elmi-işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova iştirakçılara kitabxana və kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalı ilə bağlı məlumat verərək istedadlı uşaqların üzə çıxarılması istiqamətində nəşrin əhəmiyyətindən bəhs edib.
Sonra iştirakçılara kitabxananın clb.az internet ünvanı haqqında 4 dəqiqəlik qısa məlumat xarakterli video təqdim edilib.

 

Mədəniyyət 2021-04-10 12:23:00