×
A
A
A
Sazlamalar

Uşaq musiqi məktəbinin növbəti uğuru

Bakı, 9 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Honkonq şəhərində keçirilən “Hong Kong Art” beynəlxalq müsabiqəsində uğurla çıxış ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi mədəniyyət və yaradıcılıq sahəsində millətlərarası və beynəlxalq əlaqələrin inkişafı, müxtəlif ölkə xalqlarının mədəni ənənələrinin təqdimatıdır.
Müsabiqəyə bir çox ölkələrdən olan iştirakçılar qatılıblar.
Beynəlxalq müsabiqədə musiqi məktəbinin kamança ixtisası üzrə şagirdi Həkimə Məmmədzadə I yerə, fortepiano ixtisası üzrə Dəniz Süleymanlı və Nicat Muxtarov I yerə, fortepiano ixtisası üzrə Darya Kazakova və Ramaldan Ramaldanov II yerə layiq görülüblər.
Şagirdlərin müəllimləri fəxri fərmanla təltif olunublar.

Mədəniyyət 2021-04-09 18:54:00